BAKI, 5 oktyabr — Sputnik. İbrahim Ənvər oğlu Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.
Buna qədər isə o, Azərbaycan Respublikası Prezidenti Administrasiyasında çalışıb.
Yerli mənbələr İbrahim Mustafayevin yenidən Prezidenti Administrasiyasında vəzifəyə təyin edildiyini bildiriblər.