BAKI, 5 oktyabr — Sputnik. Mədəniyyət Nazirliyi islahat prosesində yeni bir mərhələyə qədəm qoyub. Sputnik Azərbaycan xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov deyib.
Onun sözlərinə görə, islahatları keçirməkdə əsas məqsəd mədəniyyətimizi strateji olaraq cəmiyyətə təqdim etməkdir:
"Mədəniyyət dərin bir məfhumdur, elə bir qüvvədir ki, bizi digərlərindən fərqləndirir. Mədəniyyət sahəsində işlərin təkmil və şəffaf formada olması üçün xüsusi işlər həyata keçiririk".