DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistanda Müdafiə və Təhlükəsizlik Xidmətinin rəhbərləri arasında qalmaqal

Müdafiə naziri Arşak Karapetyan və Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Armen Abazyan arasında ciddi münaqişə yaşanır.
Sputnik
BAKI, 5 oktyabr — Sputnik. Ermənistanda sabiq müdafiə naziri və digər şəxslərin həbsi ilə bağlı bu ölkənin müdafiə naziri Arşak Karapetyan və Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Armen Abazyan arasında ciddi münaqişə yaşanır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Ermənistanın "Qraparak" nəşri yayıb.
Qeyd edək ki, Ermənistanda silah satışı işi üzrə 4 nəfər saxlanılıb. Onlar - Ermənistanın sabiq müdafiə naziri David Tonoyan, silah tədarükçüsü David Qalstyan, aviasiyanın sabiq rəisi Avetik Muradyan və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Stepan Qalstyan həbs olunublar.
Nəşr yazır ki, Karapetyan Müdafiə Nazirliyinin hazırkı və sabiq yüksəkvəzifəli şəxslərinin həbsinə qarşı olub: "Bu iş üzrə Ermənistan MTX-nın əməkdaşlarının adları da çəkilir. Onlar qaçaqmalçılıq, kəşfiyyat məlumatlarının ötürülməsində ittiham olunurlar. Bu cür nöqsanlara görə ya MTX əməkdaşları, ya da Müdafiə Nazirliyinin əməkdaşları cəzalandırılmalı idilər. Görünür, Abazyan müdafiə nazirindən güclü olub".