HƏRBİ

Ermənistan Azərbaycan ordusu ilə bağlı növbəti iftiraya əl atdı

Müdafiə Nazirliyinin məlumatında deyilir ki, bu, qarşı tərəfin heç bir real əsası olmayan növbəti uydurmasıdır.
Sputnik
BAKI, 5 oktyabr - Sputnik. Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması nəticəsində təminat maşınına zərər dəyməsi barədə yayılan məlumatlar yalandır.
Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, bu, qarşı tərəfin heç bir real əsası olmayan növbəti uydurmasıdır.