BAKI, 5 oktyabr — Sputnik. Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Sputnik Azərbaycan xəbər verir ki, oktyabrın 5-i saat 17:00-a olan məlumata əsasən Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağdam, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaçmaz, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Yardımlı, Lerik, Kişçay (Şəki), Sarıbaş (Qax), Şabranda yağış yağıb.
Qrız, Şahdağ, Xınalıqda qar yağıb.
Şimal-şərq küləyi Neftçalada 20 m/s, Naftalan, Şamaxıda 18 m/s, Hacıqabulda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakı, Qum adasında 17 m/s, Sumqayıt, Neft Daşlarında 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının verdiyi məlumata əsasən dalğanın hündürlüyü 2,7 m olub.