SƏHİYYƏ

Səhiyyədə daha bir önəmli təyinat

Nelli Veyisova Bakı Şəhər Baş Səhiyyə İdarəsinin direktoru vəzifəsindən azad edilib.
Sputnik
BAKI, 4 oktyabr — Sputnik. Bakı Şəhər Baş Səhiyyə Mərkəzinə yeni direktor təyin olunub. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, Nelli Veyisova Bakı Şəhər Baş Səhiyyə İdarəsinin direktoru vəzifəsindən azad edilib və Elçin Abdurahman oğlu Əmirov bu vəzifəyə təyin olunub.
Xatırladaq ki, E.Əmirov əvvəllər Şəki Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini icra edib.