BAKI, 4 oktyabr — Sputnik. Rusiyada koronavirusla bağlı vəziyyətin son dərəcədə gərginləməsi ilə əlaqədar bütün kütləvi tədbirlər ləğv edilib. Bu barədə "Rospotrebnadzor"un rəhbəri Anna Popova bildirib.
"Xatırladım ki, ötən dörd həftədə yoluxmada artım: 36-cıda - mənfi 1%, 37-cidə – müsbət 7%, 38-cidə – müsbət 9% və son bir həftədə - müsbət 14%-dir. Biz kifayət qədər sürətlə artırıq. Kütləvi tədbirlərin keçirilməsi bütün ölkədə dayandırılıb. Bunlar epidemiya prosesinin tendensiyasından asılı olaraq yalnız baş dövlət sanitariya həkiminin fərmanına uyğun olaraq həyata keçirilir", - deyə Popova hökumət yanında Koordinasiya Şurası Rəyasət Heyətinin koronavirusa qarşı mübarizə mövzusunda keçirdiyi iclasda qeyd edib.
Popova bildirib ki, Rusiya Federasiyanın elə bir subyekti yoxdur ki, hazırda orada üç mindən çox insanın iştirakı ilə hansısa tədbir keçirmək mümkün olsun.
"Mindən üç minə qədər - yalnız iki bölgədə. Bunlar epidemioloji prosesin xüsusiyyətləridir", - deyə Anna Popova qeyd edib.