RUSİYA

Rusiyada ilk dəfə "Sirkon" hipersəs raketi sualtı qayıqdan buraxılıb

"Sirkon" dünyada bütün marşrut boyunca öz mühərrik gücü hesabına atmosferin sıx təbəqələrində manevr edərək uzun müddətli aerodinamik uçuşu həyata keçirə bilən ilk hipersəsli qanadlı raketdir.
Sputnik
BAKI, 4 oktyabr — Sputnik. Rusiya Hərbi Dəniz Qüvvələri ilk dəfə olaraq nüvə sualtı qayığından "Sirkon" hipersəsli raketinin buraxılışını həyata keçiriblər. Bu barədə RİA Novosti Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat verib.
Şərti dəniz hədəfinə görə, Barens dənizində "Severodvinsk" gəmisindən atəş açılıb.

"Uçuş <... > verilən parametrlərə uyğun idi. Sınaq atəşi <... > uğurlu olub", - deyə məlumatda bildirilib.

"Sirkon" dünyada bütün marşrut boyunca öz mühərrik gücü hesabına atmosferin sıx təbəqələrində manevr edərək uzun müddətli aerodinamik uçuşu həyata keçirə bilən ilk hipersəsli qanadlı raketdir.
Maksimum sürət təxminən doqquz səs sürətinə çatır (20 kilometr yüksəklikdə, saniyədə təxminən 2,65 kilometr və ya saatda on min kilometrdən çox). Raketin maksimum uçuş məsafəsi isə min kilometrdir.
"Sirkon"larla 22350 layihəsinə aid freqatların, 885M layihəsinə aid ən yeni "Yasen-M" çoxməqsədli sualtı qayıqlarının, həmçinin modernləşdirilmə mərhələsində olan "Admiral Naximov" kreyserinin, habelə 949AM səviyyəsinə qədər modernləşdirilməsi planlaşdırılan "İrkutsk" sualtı qayığının silahlandırılması nəzərdə tutulur.