DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İranın xarici işlər naziri Lavrovla görüşəcək

Tərəflərin həm ikitərəfli münasibətləri, həm də beynəlxalq və regional məsələləri müzakirə edəcəyi gözlənilir.
Sputnik
BAKI, 4 oktyabr — Sputnik. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian çərşənbə günü Rusiyaya səfər edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Sergey Lavrov qeyd edib ki, o, Moskvada iranlı həmkarı ilə danışıqlar aparacaq.
Tərəflərin həm ikitərəfli münasibətləri, həm də beynəlxalq və regional məsələləri müzakirə edəcəyi gözlənilir.