BAKI, 4 oktyabr — Sputnik. Qarabağ Dirçəliş Fondu tərəfindən bir sıra mədəni irs obyektlərilə bağlı Mədəniyyət, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirliklərinə müvafiq təkliflər göndərilib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan-Yaponiya investisiya forumunda çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev deyib.
O bildirib ki, hazırda bununla bağlı büdcə müəyyən olunur və yaxın günlərdə maliyyə üçün lazımi vəsaitlər ayrılacaq: "Layihələrdən bir neçəsi ekologiya ilə bağlıdır. Qarabağda 10 minlərlə hektar meşələr, ağaclar kəsilib, məhv edilib. Biz ekologiya ilə bağlı layihələrə büdcələr ayırmağa hazırıq. Bununla bağlı nazir Muxtar Babayevlə memorandum imzalamışıq, ötən həftə ərzində Azərbaycanın bir sıra böyük şirkəti həmin memoranduma qoşulmaq niyyətini bildirib və yəqin ki, gələn həftə ərzində onlar da büdcələr ayıraraq memoranduma qoşulacaqlar".