HƏRBİ

Müdafiə naziri Gürcüstana yola düşüb

Zakir Həsənov Gürcüstanın Kaxeti bölgəsində keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.
Sputnik

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstana yola düşüb.
Bu barədəd Müdafiə nazirliyi məlumat yayıb.General-polkovnik Z.Həsənov Gürcüstanın Kaxeti bölgəsində keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.
Görüşlərdə ölkələr arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək.