BAKI, 4 oktyabr - Sputnik. İnsultun üç növü olan işemik, hemorragik və tranzitor işemik hücumları xarici əlamətlərə görə müəyyən etmək mümkündür. Bu barədə "Express" məlumat verib.
Nəşrin məlumatına görə, insultun əsas simptomları hərəkətlərin koordinasiyası, nitq, yaddaş və diqqətin pozulması problemləri, həmçinin güclü yorğunluqdur. Bu əlamətlərə əsasən işemik insult və tranzitor işemik hücumlarda rast gəlinir.
Hemorragik insulta daha çox 45-70 yaş arası insanlarda rast gəlinir. Əsas əlamətlər qusma ilə müşayiət oluna bilən ani şiddətli baş və ya boyun ağrısıdır.
Bu yaxınlarda həkim Aleksandr Myasnikov bildirib ki, bəzi əlamətləri insultun simptomları ilə qarışdırırlar. Həkim qeyd edib ki, insanlar bəzən başlarının döndüyünü - məkanın onların ətrafında fırlkandığını, yaxud da özlərinin fırlandıqlarını hiss edirlər, bu isə əslində daxili qulaqla bağlı problemlərdən qaynaqlana bilər. Ayaq üstə durmağa imkan verməyən başgicəllənmə qusma ilə müşayiət olunursa, bu, qulaqda narahatlılq olduğuna işarədir.