HƏRBİ

Gürcüstanda “Eternity-2021” təlimi başlayıb

Sputnik

BAKI, 04 oktyabr - Sputnik. Gürcüstanın Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2021” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb. Bu barədəd Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

HƏRBİ
Müdafiə naziri Gürcüstana yola düşüb
Nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi qulluqçuları və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edəcəklər.
Təlim oktyabrın 8-dək davam edəcək.