Çinin Guizhou əyalətindəki təpələrin yamaclarındakı teraslarda düyü yetişdirilir. Həmin teraslarda bitən bu dənli bitki tarlaları kənardan "qızıl" kimi parıldayır. Ölkənin cənub-şərqindəki həmin bu yamaclar drondan lentə alınıb. Hər il payız aylarında yerli fermerlər məhsulu əllə toplayırlar. Ənənəvi əkin üsulları burada əsrlər boyu qorunub saxlanılıb.