SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Vətən müharibəsinin ilk ildönümü, Əliyevin mesajı, Ermənistanda həbslər - həftənin yekunu

Yola saldığımız həftə Cənubi Qafqazda və ətrafındakı siyasi aktivlik, sözsüz ki, Azərbaycanın da durumuna ciddi təsir edib. Olanları Sputnik Azərbaycan-ın icmalında xatırlayaq.
Sputnik

Əliyevdən rəqiblərə mesaj: Münaqişə tarixdə qaldı

Sentyabrın 27-si Azərbaycanda Anım Günü keçirildi. Məhz bu tarixdə Vətən müharibəsinin başlanmasından 1 il ötürdü. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciət etdi.
İlham Əliyev müraciətində bildirdi ki, 44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsi idi: "Biz Qələbəni döyüş meydanında qazandıq. 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Biz qan tökərək, şəhidlər verərək bu Qələbəni əldə etdik və düşməni məcbur etdik ki, bizim qabağımızda diz çöksün və kapitulyasiya aktına imza atsın. Həmin düşmən ki, 30 il ərzində bizə meydan oxuyurdu, 30 il ərzində Azərbaycan xalqının şərəf və ləyaqətini tapdalamağa çalışırdı. Azğınlaşmış, harınlamış, quduzlaşmış, qudurmuş düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı".

əliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Biz müharibəni hərbi-siyasi yollarla həll etdik, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı. Azərbaycanda "Dağlıq Qarabağ" adlı inzibati ərazi mövcud deyil və əgər kimsə "Dağlıq Qarabağ" adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində "Dağlıq Qarabağ" adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır".

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Prezident İlham Əliyev xalqa müraciətində deyib ki, şəhidlərimizin qisasını döyüş meydanında aldıq: "Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət ərzində təmin etmək bu gün bizim başlıca vəzifəmizdir. Öz müraciətimi Qələbəmizin ayrılmaz hissəsi olan sözlərlə tamamlamaq istəyirəm: Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"

Anım Gününə həsr olunan yürüş

Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində yürüş təşkil edilib.
FOTO
Ürəklərə həkk olunan portretlər: Vətən müharibəsi şəhidlərinin Anım Günü
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, gənc kursantlar və hərbçilər Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimiz, itkin düşən hərbçilərimiz və Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki əhalimizin hər birinin fotolarından ibarət plakatlarla yürüş edərək xalqın birliyinin daimi və sarsılmaz olduğunu, Vətənə sevgi, şəhidlərimizə ehtiramın əbədiliyini bir daha nümayiş etdiriblər.

Əliyev və Ərdoğan arasında telefon danışığı

Sentyabrın 27-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Türkiyə Prezidenti Vətən müharibəsində həlak olmuş şəhidlərimizlə əlaqədar Azərbaycan Prezidentinə bir daha başsağlığı verib. Rəcəb Tayyib Ərdoğan, eyni zamanda, İkinci Qarabağ müharibəsində ordumuzun şanlı qələbəsi ilə bağlı təbriklərini də çatdırıb.

ABŞ Türkiyəni yeni sanksiyalarla təhdid etdi

Bundan bir gün sonra Azərbaycanın müttəfiqi ABŞ tərəfindən növbəti təhdidi aldı. Sentyabrın 28-də ABŞ Senatının beynəlxalq məsələlər üzrə Komitəsi Ankaranı S-400 Hava Hücumundan Müdafiə (HHM) sistemi ilə bağlı Rusiya ilə yeni müqavilə bağlayacağı təqdirdə əlavə sanksiyalarla hədələyib.

Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb

Rusiyanın Qarabağdakı mövcudluğu isə Bakıda müzakirə mövzusu olub. Sentyabrın 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-leytenant Gennadi Anaşkin ilə görüşüb.
Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib. Qeyd edək ki, görüşdə general-leytenant Rüstəm Muradov da iştirak edib.

Qarabağ məsələsi yenə masada - Putin-Ərdoğan görüşü

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Soçi şəhərindəki görüşündə bildirib ki, Türkiyənin Qarabağdakı vəziyyətə təsiri regionda sülhə töhfədir.
Putin eyni zamanda qeyd edib ki, tərəflər arasında danışıqlar bəzən asan keçmir:
"Danışıqlar bəzən asan keçmir, lakin yekun nəticə pozitiv olur. Bizim qurumlarımız hər iki ölkə üçün səmərəli olan kompromislər tapmağı bacarıblar".
Putin həmçinin vurğulayıb ki, Rusiya və Türkiyə arasında münasibətlər pozitiv şəkildə inkişaf edir.
Rusiya Prezidenti türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla Soçidə baş tutan görüşün nəticələrini yüksək qiymətləndirib.
SİYASƏT
Azərbaycan Prezidenti Ərdoğan və Putinin görüşünə münasibət bildirib
"Səfərinizə görə təşəkkür edirəm. Çox faydalı və məzmunlu oldu. Bundan sonra da əlaqədə olacağıq", — deyə Putin yüksək qonağı yola salarkən bildirib.
Öz növbəsində Türkiyə prezidenti də görüşü müsbət qiymətləndirib:
"Həmkarım Putinlə məhsuldar danışıqlar apardıqdan sonra Soçini tərk etdik", - deyə Ərdoğan öz “Telegram” səhifəsində bildirib.
İki ölkə liderinin görüşü sentyabrın 29-da Soçidə baş tutub. Tərəflər ikitərəfli münasibətləri, eləcə də regional problemləri - Suriyada, Liviyada, Əfqanıstanda və Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Abşeron neftinin pay sahibləri dəyişdi

Sentyabrın 29-nun daha bir vacib xəbəri neft sahəsindən gəldi: bp Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron Yarımadasının Dayazsulu Hissəsi (AYDH) geoloji-kəşfiyyat layihə"sindəki iştirak payının 25%-ni "Lukoil" şirkətinə satmağı razılaşdırıb. Bu barədə Sputnik Azərbaycan-a "BP-Azerbaijan" şirkətindən məlumat verilib.
Bildirilir ki, alqı-satqı əməliyyatı tamamlandıqdan sonra bp-nin AYDH layihəsində 25% iştirak payı olacaq. bp həmçinin geoloji-kəşfiyyat dövründə AYDH hasilatın pay bölgüsü haqqında sazişinin (HPBS) operatoru olaraq qalacaq. Sövdələşmə bitdikdən sonra AYDH sazişində iştirak payları belə olacaq: SOCAR-ın Ortaq Neft Şirkəti – 50%, bp – 25% və "LUKOYL" – 25%.

Gürcüstan Baş nazirinin Azərbaycana səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb. Görüş zamanı ikitərəfli, həmçinin regional məsələlər müzakirə olunub.
"Əlbəttə ki, biz bu gün neft və qaz, elektrik enerjisi, nəqliyyat sahələri kimi əməkdaşlığımızın ənənəvi sahələri haqqında da danışacağıq. Bunlar artıq həyata keçirilmiş layihələrdir və indi biz bu layihələrin faydasını görürük. Bu, bizim ölkələrimiz arasında əməkdaşlığın çox xüsusi formatını yaradıb. Çünki bu layihələr təkcə bizim ölkələrimiz üçün deyil, Avrasiya regionunda bir çox ölkələr üçün əhəmiyyət kəsb edir. Əminəm ki, bugünkü səfər əməkdaşlığımıza yeni təkan verəcək", - deyə İlham Əliyev bildirib.

Dəyişməz cığallıq - "Ermənistan üçtərəfli bəyanata əməl etmir"

Digər qonşumuz Ermənistan isə öz ampluasındadır. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasının xarici işlər naziri Yakub Kulhanek ilə sentyabrın 30-da Bakıda keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında bildirib ki, Ermənistan hələ də əldə olunan üçtərəfli bəyanatın razılaşmalarına əməl etmir.
Nazir qeyd edib ki, Azərbaycan əldə olunan razılaşmalara əməl edir, Ermənistan isə üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməkdən boyun qaçırır: "Bəyanatın imzalanmasından 10 ay keçməsinə baxmayaraq Ermənistan hələ də azad olunan ərazilərin mina xəritələrini tam olaraq verməyib. Bu ilin iyun və iyul aylarında təqdim olunan xəritələrin keyfiyyəti isə aşağı olub. Bu isə mülki insanların ölümünə səbəb olub. Belə ki, bu dövr ərzində 167 şəxs işğaldan azad olunan ərazilərdə minaya düşüb. Onların da böyük əksəriyyəti mülki şəxslərdir. Üçtərəfli bəyanatın şərtlərinə zidd olaraq mina xəritələrinin verilməsi prosesinin başa çatdırılmaması, işğaldan azad olunan ərazilərdə infrastrukturun bərpası işlərini və məcburi köçkünlərin həmin ərazilərə qayıtması prosesinin templərini ləngidir".
Ceyhun Bayramov eyni zamanda qeyd edib ki, Ermənistanın sərgilədiyi qeyri-konstruktiv mövqeyə görə üçtərəfli bəyanatda nəzərdə tutulan kommunikasiya və nəqliyyat yollarının açılması prosesi də ləngiyir.

Ermənistan ordusunda həbslər

Azərbaycana 44 günlük Vətən müharibəsində uduzan Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan sentyabrın 30-da həbs olunub. Yerevan məhkəməsi keçmiş nazirlə bağlı iki aylıq həbs qətimkan tədbiri seçib.
Tonoyanın vəkili onun təqsirsiz olduğunu qeyd edib. Qərarla bağlı apellyasiya şikayəti veriləcək.
Məlumata görə, David Tonoyan və David Qalstyan Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən 2011-ci ildə keyfiyyətsiz silah tədarükü ilə bağlı açılan cinayət işi çərçivəsində saxlanılıblar.
Sabahı gün isə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-leytenant Stepan Qalstyan saxlanılıb, oktyabrın 2-də isə barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycanın iddiası əsasında Ermənistana qarşı məhkəmə prosesi başlayır

Ərdoğan: "Yaxın həftələrdə Azərbaycana səfər edəcəyəm"

Oktyabrın biri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı bildirib ki, yaxın həftələrdə Azərbaycana səfər edəcək.
"Biz də şəxsən Bakı və Şuşanı ziyarət edərək azərbaycanlı qardaşlarımızın sevinclərinə ortaq olduq. İnşallah, önümüzdəki həftələrdə azərbaycanlı qardaşlarımızla yenə bir araya gələcəyik", - deyə Türkiyə prezidenti qeyd edib.
Ərdoğan vurğulayıb ki, torpaqları işğal altında olan, torpaqlarını azad etmək üçün mübarizə aparan ölkəni - Azərbaycanı dəstəklədiyimizə görə Türkiyəyə qarşı kin və nifrət mövqe sərgiləyənləri heç vaxt unutmayacağıq: "Yaşadığımız hər təcrübəni bir dərs halına salaraq gələcəyə baxacağıq".

Gürcüstan seçkilərində qəfil "qonaq"

Oktyabrın 2-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçki planlaşdırılmışdı. Seçki baş tutdu, ancaq seçkidən bir gün əvvəl, cümə günü, oktyrabrın 1-də gözlənilməz məlumat yayıldı: ölkənin Baş naziri İrakli Qaribaşvili bildirdi ki, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili Tbilisidə saxlanılıb.
Tezliklə Ukrayna vətəndaşı olan eks-prezident Rusitavidəki həbsxanaya aparıldı. Gürcüstan sərhədini pozma, eləcə də bir neçə başqa cinayətdə ittiham olunan Saakaşvili ombudsman Nino Lomcariya ilə görüşündə həmin ittihamları qəbul etmədiyini və bu səbəbdən aclığa başladığını bildirib.
Seçkinin ilkin nəticələri isə bu gün MSK tərəfindən dərc olunmaqdadır. Hazırkı məlumata görə, hakim "Gürcü arzusu" partiyasının 64 bələdiyyənin 44-də qələbə qazandığı deyilir. Yeni merlərdən biri isə azərbaycanlıdır. Marneulidə keçirilən yerli özünüidarəetmə seçkilərində hakim “Gürcü Arzusu”nun namizədi Kənan Ömərov 68.01 faiz səs çoxluğu ilə qalib gəlib.