HƏRBİ

Azərbaycan və Türkiyə hərbi təlimləri davam etdirəcəklər

Türkiyəli rəsminin sözlərinə görə, təlimin məqsədi Türkiyə və Azərbaycan Silahlı Qüvvələri arasında dostluq, əməkdaşlıq və koordinasiyasını inkişaf etdirməkdir.
Sputnik
BAKI, 3 oktyabr - Sputnik. Türkiyə Silahlı Qüvvələri Azərbaycan Ordusuna dəstək vermək məqsədilə Ermənistan işğalından azad edilən ərazilərdə minatəmizləmə və bu sahədə təlimlərə dəstəyini davam etdirir.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu bu gün Türkiyə Milli Müdafiə Nazirliyinin (MN) rəsmisi Pınar Kara deyib.
P.Kara qeyd edib ki, “Qardaş Briqada” layihəsi çərçivəsində birgə təlim və tədris fəaliyyəti də davam edir: “Naxçıvanda keçirilən "Sarsılmaz Qardaşlıq-2021” təliminin 5-8 oktyabr tarixlərində növbəti mərhələsi baş tutacaq. Təlimin məqsədi Türkiyə və Azərbaycan Silahlı Qüvvələri arasında dostluq, əməkdaşlıq və koordinasiyasını inkişaf etdirməkdir".
""İki dövlət, bir millət" anlayışı ilə kədərdə və sevincdə bir yerdə olduğumuz azərbaycanlı qardaşlarımızın haqlı davalarında bu günə qədər olduğu kimi bundan sonra da bütün imkanlarımızda yanlarında olmağa davam edəcəyik”, - Türkiyə MN rəsmisi əlavə edib.