SƏHİYYƏ

Koronavira yoluxanların nəzərinə: İybilmənin geri qayıtması üçün bu vitamini qəbul edin

İngiltərədə aparılan araşdırma zamanı bəlli olub ki, vitamin A COVID-19-a yoluxan şəxslərdə iybilmənin bərpasına kömək edir.
Sputnik
BAKI, 2 oktyabr — Sputnik. COVID-19-a yoluxan şəxslərin bir qisminin iki həftə ərzində iybilməsi bərpa olunsa da, bəzilərində bu proses daha uzun müddət tələb edir.
Alimlər iybilmənin bərpasına kömək etmək üçün maraqlı bir araşdırma aparıblar. Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, İngiltərədə aparılan araşdırma zamanı bəlli olub ki, vitamin A COVID-19-a yoluxan şəxslərdə iybilmənin bərpasına kömək edir.
Alimlər 12 həftə ərzində aparılan araşdırmaların nəticəsində bu qənaətə gəliblər. Araşdırma zamanı bəlli olub ki, vitamin A qəbul edən şəxslər yumurtanın, gülün qoxusu kimi spesifik iyləri rahatlıqla hiss edə bilirlər.
Alimlər vitamin A-nın immun sistemi, dəri gözəlliyi, görmə qabiliyyətinə də müsbət təsir etdiyini bildirirlər.
Qeyd edək ki, alimlər iybilmə qabiliyyətinin beyinlə əlaqəsini hələ də öyrənərək bu istiqamətdə fərqli tədqiqatlar aparmağı planlaşdırırlar.