VİDEO

Şəkidə yerləşən “Bio Garden”: Bu bağda bütün meyvələrin dadına baxa bilərsiniz

Şəkidə yerləşən və “Bio Garden” adı verilmiş 8 hektarlıq bağçılıq təsərrüfatında istənilən meyvəni tapmaq mümkündür. Ətraflı - videomuzda.
Sputnik
Bu bağda istənilən meyvəni tapmaq olar. Söhbət Şəkidə yerləşən və “Bio Garden” adı verilmiş 8 hektarlıq bağçılıq təsərrüfatından gedir. Bağın sahibi Etibar Nuriyev Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, bu təsərrüfatı yaratmaqda məqsəd Avropada çox məşhurlaşan aqrobağ layihəsi və ekoturizmin inkişafına töhfə verməkdir.
"Naxçıvan, Lənkəran-Masallı bölgəsindən, Göyçaydan, Xaçmazdan, Qubadan, genofondda itməkdə olan çeşidlərdən, meşə massivində yetişən və mədəni bitkilərin növlərindən hər birini burada insanlar görə bilərlər. Əyani olaraq dərib, dadına baxa bilərlər. O cümlədən, Çindən, Yaponiyadan, Amerikadan, Avropadan, qonşu ölkələrdən çoxlu sayda meyvə çeşidlərimiz var”, - Nuriyev deyib.
Bağban əlavə edib ki, fermerlərə bitkilərə qulluq qaydalarını da göstərə bilər. Hətta orta məktəb şagirdlərinin, eləcə də aqrar yönümlü ixtisaslarda təhsil alan tələbələrin burada təcrübə keçməsinə də hər cür şərait yaratmağa hazır olduğunu söyləyir.