BAKI, 1 oktyabr — Sputnik. Qubada zəlzələ olub. Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, zəlzələ yerli vaxtla saat 09:28-də Quba stansiyasından 6 km qərbdə Quba rayonunda qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Zəlzələnin dərinliyi 10 km, maqnitudası isə 3.1 olub.