FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

"Qarabağ" Kiprdə "Omoniya"nı belə darmadağın etdi

Ağdam təmsilçisi bir daha möhtəşəm səfər oyunu ilə Azərbaycanlı futbol azarkeşlərini sevindirə bildi.
Sputnik
Dünən axşam "Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda II turda Kiprdə "Omoniya"nın qonağı olub. Nikosiyadakı GSP stadionunda oynanılan və şotlandiyalı FIFA referisi Bobbi Maddenin idarə etdiyi görüş "köhlən atlar"ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
1 / 8

Oyunda hesab 40-cı dəqiqədə açılıb.

2 / 8

İlk hissə “Omoniya”nın minimal hesablı üstünlüyü ilə yekunlaşıb.

3 / 8

Nikosiya təmsilçisinin heyətində Yan Letsyaks standart vəziyyət zamanı topu başla qapıdan keçirib.

4 / 8
"Omoniya" "Qarabağ" oyunu zamanı.
5 / 8

Fasilədən sonra təzyiqi artıran “Qarabağ” bunun bəhrəsini 52-ci dəqiqədə görüb.

6 / 8
"Omoniya" "Qarabağ" oyunu zamanı.
7 / 8

Matçda son nöqtəni isə əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə Kadi Borges qoyub.

8 / 8

Xallarını 4-ə çatdıran “Qarabağ” İsveçrə “Bazel” ilə birlikdə 1-2-ci yerləri bölüşdürür.