CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident Bakıda yolların yenidən qurulmasına 4,9 milyon manat ayırıb

Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması məqsədiləvəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Sputnik
BAKI, 1 oktyabr — Sputnik. Prezident İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla əlli səkkiz min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 4,9 milyon (dörd milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
CƏMİYYƏT
İlham Əliyev Xəzər rayonunda yolların təmirinə pul ayırdı