VİDEO

Bu gündən kinoteatrlar və digər mədəniyyət obyektləri fəaliyyətini bərpa edir

Kinoteatrların, teatr-konsert müəssisələrinin və digər əyləncə obyektlərinin fəaliyyətinin qismən bərpasına icazə verilməsi ilə bağlı qərar qəbul olunub. Ətraflı videomuzda.
Sputnik
İki ilə yaxındır dünya ölkələrinin qlobal probleminə çevrilən pandemiya bütün sahələrə, xüsusən mədəniyyət sahəsinə öz mənfi təsirini göstərib. Məhz buna görə ən çox zərər çəkən sahələr teatr, kinodur. Oktyabrın birindən kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyəti pandemiya şərtlərinə əməl etmək şərti ilə bərpa olunub .
Karantin rejimi Azərbaycanda həyatın bütün sahələrinə mənfi təsir göstərib, amma kinoteatrlar ilk zərər görən sahələrdən biri olub.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə kino istehsalı şirkətləri və kinoteatrlar pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrinə aid edilib.
Sputnik Azərbaycan-nın müxbiri paytaxtın aparıcı kinoteatrlarının rəsmi nümayəndələrinə tamaşaçıların film seyr edəcəyi şəraitdə hansı dəyişikliklərin tətbiq olunacağı barədə suallar ünvanlayıb.