AZƏRBAYCAN XƏBƏRLƏRİ

İctimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağa aradan qaldırıldı: Qatarlar da işləyəcək

Nazirlər Kabineti yanında Operativ Qərargahın ictimai nəqliyyat, o cümlədən metro və qatarların hərəkəti ilə bağlı sentyabrın 24-də verdiyi mühüm qərarlar bu gün bütün ölkə ərazisində qüvvəyə minir.
Sputnik
BAKI, 1 oktyabr - Sputnik. Bu gündən Azərbaycanda həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyətin ləğv olunması barədə qərar qüvvəyə minib.
Bu barədə qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah sentyabrın 24-də vermişdi.
Həmin qərara əsasən şənbə və bazar günləri ictimai nəqliyyatda və metroda sərnişinlərin daşınması adi qaydada davam etdiriləcək.
Bununla yanaşı, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən 1 oktyabr tarixindən etibarən COVID-19-a qarşı birinci doza, 1 noyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq.
Xatırladaq ki, daha əvvəl ictimai nəqliyyatda və metroda sərnişindaşıma fəaliyyətinin dayandırılması müddəti noyabrın 1-i saat 06:00-dək uzadılmışdı.
Bakı-Sumqayıt qatarının da hərəkəti tam bərpa edilib
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, bu gündən "Azərbaycan Dəmir Yolları" QSC də Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkətini tam bərpa edir.
Bundan sonra qatarlar şənbə, bazar və digər qeyri-iş günləri işləyəcək.
Qatarların hərəkət qrafiki aşağıdakı kimi olacaq:
Bakı-Pirşağı-Sumqayıt
Bakıdan saat 08:35-də yola düşən 6603 nömrəli qatar
Bakıdan saat 09:45-də yola düşən 6607 nömrəli qatar
Bakıdan saat 15:50-də yola düşən 6611 nömrəli qatar
Bakıdan saat 17:50-də yola düşən 6615 nömrəli qatar
Bakıdan saat 18:25-də yola düşən 6617 nömrəli qatar
Bakıdan saat 19:55-də yola düşən 6621 nömrəli qatar
Bakıdan saat 20:30-da yola düşən 6623 nömrəli qatar
Sumqayıt-Pirşağı-Bakı
Sumqayıtdan saat 07:20-də yola düşən 6604 nömrəli qatar
Sumqayıtdan saat 07:35-də yola düşən 6606 nömrəli qatar
Sumqayıtdan saat 09:00-da yola düşən 6612 nömrəli qatar
Sumqayıtdan saat 10:00-da yola düşən 6614 nömrəli qatar
Sumqayıtdan saat 10:45-də yola düşən 6616 nömrəli qatar
Sumqayıtdan saat 16:50-də yola düşən 6620 nömrəli qatar
Sumqayıtdan saat 18:00-da yola düşən 6622 nömrəli qatar
Sumqayıtdan saat 19:30-da yola düşən 6626 nömrəli qatar
Bakı-Xırdalan-Sumqayıt
Bakıdan saat 08:20-də yola düşən 6005 nömrəli qatar
Bakıdan saat 17:20-də yola düşən 6015 nömrəli qatar
Bakıdan saat 18:50-də yola düşən 6021 nömrəli qatar
Bakıdan saat 19:35-də yola düşən 6023 nömrəli qatar
Sumqayıt-Xırdalan-Bakı
Sumqayıtdan saat 08:00-da yola düşən 6008 nömrəli qatar
Sumqayıtdan saat 09:30-da yola düşən 6012 nömrəli qatar
Sumqayıtdan saat 18:45-də yola düşən 6022 nömrəli qatar
Qeyd edək ki, sözügedən xətlər üzrə qatarların iş günləri üçün qrafikində hər hansı dəyişiklik edilməyib.