FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Hər kəs yüz il yaşamasa: ömrünün ahıl çağında uğur qazanmış insanlar

Bir oktyabr tarixi heç də təsadüfən Ahıllar Günü kimi seçilməyib. Burada müəyyən simvolizm var: axı yaşlılıq da qızıl payız kimi həyatın xəzan çağıdır.
Sputnik
Hər il oktyabrın 1-i dünyada Ahıllar Günü kimi qeyd olunur. Bu tarix heç də təsadüfən seçilməyib, burada müəyyən simvolizm var: axı yaşlılıq da qızıl payız kimi həyatın xəzan çağıdır.
1 / 16

Nelson Mandella 76 yaşında prezident olub, bundan əvvəl isə ömrünün 27 ilini həbsxanada keçirib.

2 / 16

Filip Düma 59 yaşında tərzini kökündən dəyişərək dünyanın ən cazibədar kişilərindən birinə çevrilib.

3 / 16

"McDonald"s"-ın qurucusu Rey Krok 52 yaşına kimi kağız stəkan satırmış.

4 / 16

Silviya Ueynstok 52 yaşında işdən çıxaraq tort bişirib satmağa başlayıb. Hazırda bu 82 yaşlı xanım dünya məşhurlarını şirniyyatla təmin edir.

5 / 16

Uinston Çörçill 65 yaşında baş nazir olub, o 1951-ci ildə ikinci dəfə bu vəzifəyə seçiləndə isə 77 yaşının tamam olmasına az qalmışdı.

6 / 16

Lesli Nilsen 50 yaşdan sonra öz ampluasını kəskin şəkildə dəyişib. Beləliklə, ciddi və fleqmatik qəhrəmanın yerini komediya aktyoru tutub. Ona yeni ampluada ilk böyük uğuru isə Devid və Ahrahms Tsukerovların "Aeroplan" komediyası qazandırıb.

7 / 16

İlk trekini 70 yaşında yazan Rut Flavers "Mammi-Rok" adı altında dünyaca məşhur DJ-yə çevrilib.

8 / 16

Çarlz Darvin "Növlərin mənşəyi" adlı əsərində Təkamül Nəzəriyyəsini açıqladığı vaxt artıq 50 yaşı tamam olmuşdu.

9 / 16

Əvvəllər məşhur aktyor və radio aparıcısı olan ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan ilk dövlət vəzifəsinə – Kaliforniyanın qubernatoru – seçiləndə 55 yaşı vardı.

10 / 16

Momofuko Ando 49 yaşında ikən asan bişirilən vermişel icad edib. Bu, "Nissin Food Products"-ın sahibinə milyonlarla dollar qazandırıb.

11 / 16

Cefri Layf 59 yaşında ikən ağır çəki ucbatından ayaqqabılarının ipini belə bağlaya bilmirmiş. 2012-ci ildə isə "Men's Fitness Magazine" Layfın adını (həmin vaxt o artıq 76 yaşında idi) "dünyanın idmançı cüssəli 25 kişisi"nin siyahısına saldı.

12 / 16

KFC restoranlar şəbəkəsinin qurucusu Harland Sanders özünün ilk kafesini açmaq fikrinə düşəndə artıq 50 yaşını keçmişdi.

13 / 16

Con Ronald Ruel Tolkin 62 yaşında "Üzüklərin hökmdarı" adlı kitabını nəşr etdirəndən sonra bütün dünyada şöhrət qazanıb.

14 / 16

Müasir stil ikonu Lin Sleyter kifayət qədər ahıl yaşda öz "Instagram" hesabını yaradaraq yarım milyona qədər izləyici toplaya bilib.

15 / 16

Mozes nənə ilk rəsm əsərini 76 yaşında çəkib və ömrünün bundan sonrakı 25 ilini təsviri sənətə həsr edib.

16 / 16

Həvəskar qaçışçı Fauca Sinqh 89 yaşında birinci dəfə marafonda iştirak edib. 1994-cü ildə isə 42 kilometr məsafəni 5 saat 40 dəqiqəyə qət etməklə 90 yaşdan yuxarı idmançılar arasında rekord vurub.