BAKI, 1 oktyabr — Sputnik. Rahim Məmmədov. Yay fəsli yerini payıza verdikdən sonra Aran bölgəsində hava şəraiti dəyişib. Bölgədə günəşli günlərin sayı azalıb. İsti iqlimi ilə seçilən regionda indi ancaq yağış, külək müşahidə edilir. Sputnik Azərbaycan xəbər verir ki, sentyabrın 30-da əsən güclü külək bölgədə fəsad da törədib.
Güclü külək Yevlaxda iri ağacları aşırdıb
© Sputnik / Rahim Mammadov
Təbiət hadisəsi zamanı Yevlaxın Tanrıqulular kəndi ərazisində iri gövdəli çinar ağacları aşıb. Küləyə tab gətirməyən ağacların iri budaqları Mingəçevir-Bəhrəmtəpə yoluna düşüb.
Güclü külək Yevlaxda iri ağacları aşırdıb
© Sputnik / Rahim Mammadov
Təbiət hadisəsi zamanı yolda hərəkətdə olan sürücülər arasında xəsarət, avtomobillərin hərəkətində hər hansı ciddi ləngimələr yaranmayıb. Adiyyəti qurumlar yola düşən iri ağac budaqlarını təmizləyiblər. Hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir.
Güclü külək Yevlaxda iri ağacları aşırdıb
© Sputnik / Rahim Mammadov