CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əbu-Bəkr məscidi təmir olunacaq

Bərpa-gücləndirmə işlərinə dair layihə smeta sənədlərinin hazırlanması üçün açıq tender elan edilib. İddiaçılar ilkin sənədləri oktyabrın 21-i, saat 11:00-a qədər dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsilə təqdim edə bilərlər.
Sputnik
BAKI, 1 oktyabr — Sputnik. Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC paytaxtın Nərimanov rayonundakı "Əbu-Bəkr məscidi"nin bərpa-gücləndirmə işlərinə dair layihə smeta sənədlərinin hazırlanması üçün açıq tender elan edib.
Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır.
İddiaçılar ilkin sənədləri oktyabrın 21-i, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktyabrın 29-u, saat 18:00-a qədər dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsilə təqdim edə bilərlər. Telefon: (012) 496-52-05.
Nəticələr noyabrın 1-də, saat 11:00-da portalda açıqlanacaq.
Əbu Bəkr məscidi — 1997-ci ildə Bakı şəhərində, səhabə və ilk xəlifə olmuş Əbu Bəkr ibn Osmanın şərəfinə inşa edilmiş məscid. Küveyt Xeyriyyə cəmiyyətinin dəstəyi ilə inşa edilib. Azərbaycanın ən böyük sünnə məscidi sayılır. Cümə günləri məscidi 6 min insan ziyarət edib. 17 avqust 2008-ci ildə məscidə iki əl qumbarası atılır. Terror nəticəsində 2 nəfər ölür və 18 nəfər ağır bədən yaraları alır. Yaralananlar arasında məscidin imamı Qamət Süleymanovda olur. Azərbaycan polisi terror aktına görə İlqar Mollaçıyevin rəhbəri olduğu "Meşə qardaşları" qrupunun törətdiyini bəyan edib.