İQTİSADİYYAT

Vergi cərimələrinin bir hissəsi YAŞAT Fonduna köçürüləcək

Sputnik
BAKI, 30 sentyabr — Sputnik. Vergi orqanları tərəfindən tətbiq edilən sanksiyalardan və cərimələrdən İqtisadiyyat Nazirliyinin hesabına daxil olan vəsaitin bir hissəsi YAŞAT Fonduna köçürüləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişiklik vergi orqanları tərəfindən tətbiq edilən sanksiyalardan və cərimələrdən İqtisadiyyat Nazirliyinin hesabına daxil olan vəsaitin bir hissəsinin dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar, o cümlədən YAŞAT Fonduna köçürülməsi üçün hüquqi imkanların yaradılmasını özündə ehtiva edir.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, bu gün Milli Məclisin plenar iclası keçirilir və gündəliyə 15 məsələ daxil edilib.