"Rus bəstəkarı Alexandr Borodinin "Qıpçaq rəqsləri" baletinin tamaşası hazırlanır. Birpərdəli tamaşanın primyerası olacaq. Həmin gün başqa bir birpərdəli tamaşa olacaq. Nikolay-Rimski Korsakovun "Şəhrizad" baleti də göstəriləcək".
"Teatrda Nizami Gəncəvinin 880-illiyi ilə əlaqədar Fikrət Əmirovun "Nizami" baleti yeni versiyada nümayiş olunacaq. Noyabrda həmin tamaşanın primyerası keçiriləcək", - deyə mətbuat katibi bildirib.
"İlyarım onlayn rejimdə çalışan teatr birdən-birə kütləvi tamaşaların nümayişinə başlaya bilməz. Bunun üçün yaradıcı və texniki heyət, ümumiyyətlə, bütün teatr kollektivi müəyyən hazırlıq mərhələsindən keçməlidir. Bütün bu proseslərdən sonra numayişini nəzərdə tutduğumuz tamaşalar haqqında sosial şəbəkə hesablarımızda teatrsevərlərə ətraflı məlumatlar veriləcək".
"Bu, ilkin mərhələdə bizim təxminən 15-20 günümüzü alacaq. İlk olaraq "Ölülər", "Şah Qacar", "Cəhənnəm sakinləri", "Qətibə İnanc", "Ah, bu uzun sevda yolu", "Almaz", "Sinif yoldaşları", "Bir, iki, bizimki" tamaşalarının məşqləri başlanacaq. Oktyabrın 15-dən etibarən tamaşaçı qarşısına çıxmağı planlaşdırırıq. Teatrın yaradıcı və texniki işləri qaydasına düşənədək, yəni noyabrın əvvəlinə qədər tamaşalar şənbə bazar günləri təqdim olunacaq. Noyabr ayından etibarən isə ənənəvi repertuar və qrafik üzrə işimizi davam edəcəyik. Biletlərin qiymətinin artırılması ilə bağlı isə, məsələ müzakirə olunmur".
"Ümid edirik ki, qısa müddətdə teatrın bina problemi aradan qalxar və bütün layihələrimizi uğurla həyata keçirə bilərik. Rəhbərliyin qərarına əsasən, repertuardakı 8 tamaşanın yenidən bərpası nəzərdə tutulub. İlk növbədə, pandemiyadan öncə hazırlanan, amma qapanma səbəbindən premyerası baş tutmayan "Kloun Biz" tamaşasının bərpası və tamaşaçılara təqdim olunması planlaşdırılır. Matey Vişnekin "Qoca kloun tələb olunur" pyesi əsasında Mikayıl Mikayılovun hazırladığı tamaşada teatrın sənətçiləri Natəvan Qeybani, Zümrüd Qasımova və Təranə Ocaqverdiyeva çıxış edir. Mövsümün sonuna qədər yeni tamaşanın hazırlanması da planlaşdırılır".
"Hər zaman tamaşaçılarımızın öyrəşdiyi o səviyyə, keyfiyyət və peşəkarlıq fasilədən sonra daha üstün təqdim olunmalıdır. Teatrımız hər mövsümü tamaşaçılar yeniliklərlə qarşılayır. Bu dəfə də ənənəmizə sadiq qalacağıq. Yeni mövsümdə gənc rejissorumuz Ayla Osmanova yazıçı Pərviz Seyidlinin pandemiya mövzusunda olan "Mələk" adlı pyesinə quruluş verir".
"Bunlardan biri İsmayıl İmanın "Balaca yaramaz məxluq" əsəri əsasında respublikanın Əməkdar incəsənət xadimi, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhrəm Osmanovun quruluş verdiyi tamaşadır. Pandemiyadan öncə məşqlər başlamışdı. Ölkədə elan olunan sərt karantin rejimi ilə əlaqədar məşqlər onlayn davam etdirildi. İndi isə normal məşqlər davam edəcək və yaxın gələcəkdə həmin tamaşanın premyerası olacaq. Rejissor Elşad Rəhimzadə Redyard Kiplinqin "Mauqli" əsəri əsasında uşaqlar üçün son dərəcə əyləncəli səhnə əsəri də hazırlayır. Ölkədə ilk dəfə "Bəbə səhnəsi" Gənc Tamaşaçılar Teatrının səhnəsində qurulur. "Bəbə səhnəsi"ndə 10 aylıqdan 2 yaşa qədər olan uşaqlar üçün tamaşalar nəzərdə tutulur. Yəqin ki, yaxın zamanlarda "Bəbə səhnəsi"ndə qurulan tamaşalar körpələrimizə təqdim olunacaq".
"Bu, teatrın repertuarındakı ən uzunömürlü və maraqlı səhnə nümunələrindən olan "Cırtdan" tamaşasıdır. Məşhur uşaq yazıçısı Mirmehdi Seyidzadənin "Cırtdan" mənzum nağıl-pyesi əsasında hazırlanan (səhnələşdirəni Rəhman Əlizadə) tamaşanın quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur. Onu da qeyd edək ki, mərhum bəstəkarın bu tamaşaya yazdığı musiqilər də yeni səsləndirmədə təqdim olunur. Uzunmüddətli fasilədən sonra ilk nümayişə çıxacaq bu tamaşa 2 seansda (12:00, 14:00) göstəriləcək".
"Vətən müharibəsi şəhidləri, əlil və qazilərinin övladları təmənnasız olaraq istədikləri seansda iştirak edə bilərlər. Ümumilikdə bütün teatr həvəskarları, kukla tamaşalarını səbirsizliklə gözləyən balaca teatrsevərlərimiz isə oktyabrın 2-dən başlayaraq həftənin müvafiq günləri (cümə, şənbə, bazar) əksəriyyəti üç seans (üçüncü seans rus dilində) olmaqla repertuarımızdakı maraqlı və rəngarəng səhnə nümunələrini izləyə bilərlər. Məlumat üçün onu da vurğulayaq ki, biletlərin qiymətində heç bir dəyişiklik yoxdur və onların satışı yalnız teatrın kassasından həyata keçirilir".
"Ayın 10-dan sonra Şuşa teatrı yeni tamaşalarla tamaşaçıların qarşısına çıxacaq. Nəzərdə tutulan tamaşalar var, biz onlardan biri seçəcəyik, hansı ki, onların içində az iştirakçı var.. Tamaşada iştirak edənlərin sayı çox olsa, çalışacağıq ki, həmin əsərdə müəyyən ixtisarlar edək. Çünki, teatrların açılmasına icazə verilsə də xəstəliklər hələ də davam edir".