BAKI, 30 sentyabr — Sputnik. NASA on ildən sonra Günəşdən ən uzaqda yerləşən Neptun planetinə tədqiqat aparatını göndərməyi planlaşdırır. Bu barədə agentliyin dərc etdiyi sənəddə bildirilib.
"Neptune Odyssey" missiyasının startı 2031-ci ilə planlaşdırılır. Cihaz İlon Maskın "SpaceX" şirkətinə məxsus olan ya "Space Launch System" raketi, ya da "Falcon Heavy"nin köməyi ilə göndəriləcək. 2043-cü ilə qədər aparatın planetə yaxınlaşacağı ehtimal edilir.
Neptuna uçuş 3,4 milyard dollara başa gələcək.
Günəş sisteminin səkkizinci planetinin orbitini 1989-cu ildə Amerika tədqiqat zondu "Voyager-2" ziyarət edib.
Bu il noyabrın 4-də Aya uçuşun modelləşdirilməsi üzrə "SIRIUS-21" beynəlxalq təcrübə planlaşdırılır. Təcrübə zamanı altı könüllü kosmik gəmi imitatorunda - yerüstü sınaq kompleksində 240 gün ərzində birlikdə yaşamalı olacaq. Bunun üçün Rusiya, ABŞ və BƏƏ-dən 12 namizəd seçilib.