BAKI, 30 sentyabr — Sputnik, Xalid Məmmədov. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə görə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər məhkəmədə verilən iddialar, mənzil və ya ev (evin bir hissəsi) alqı-satqısı və dəyişdirilməsi ilə bağlı notariat üzrə dövlət rüsumu ödəməkdən azad olunublar.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə 15 məsələ daxil edilib. Bu, payız sessiyasında parlamentin ilk plenar iclasıdır.