CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Keçmiş mətbuat xidməti rəhbərinə prezident ali rütbə verdi

Azərbaycan Respublikası Prokurorluğunun dörd əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
Sputnik
BAKI, 30 sentyabr — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında" Sərəncam imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib:
Musayev Elnur Novruz oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi
Əliyev Vüqar Nurəddin oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi
Sultanov Eldar Aslan oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi
Əhmədov Mübariz Hüseyn oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəisi.
Qeyd edək ki, Eldar Sultanov 2008-ci ildən 2020-ci ilədək Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.
O, Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi vəzifəsinə təyin edilib.