DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Şimali Koreya ilk hipersəsli raketini sınaqdan keçirib

Sentyabrın 13-də Şimali Koreya yeni tip uzaq mənzilli qanadlı raketin uğurla sınaqdan çıxarıldığını elan etmişdi.
Sputnik
BAKI, 30 sentyabr — Sputnik. Koreya Xalq Demokratik Respublikasının (KXDR) hərbçiləri çərşənbə axşamı yeni hipersəsli raketi sınaqdan çıxarıblar. Bu barədə INTERFAX Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyinə istinadən məlumat yayıb.
Məlumata görə, KXDR Milli Müdafiə Elmlər Akademiyası sentyabrın 28-də, səhər saatlarında Çaqan əyalətinin Doyan kəndində "Hvason-8" raketini sınaqdan keçirib. Pxenyan keçirilən sınağın uğurlu olduğunu bildirib.
Qeyd olunur ki, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu və Rəyasət Heyətinin üzvü, partiya Mərkəzi Komitəsinin katibi Pak Çon Çhon müdafiə elmləri sahəsində çalışan rəhbər kadrlarla birlikdə bu sınağı müşahidə edib.
KMTA hipersəsli raketin hazırlanmasını cari beşillik üçün qarşıya qoyulmuş beş prioritet vəzifədən biri adlandırıb və onun həyata keçirilməsində "irəliləyişin" olduğunu qeyd edib.
ABŞ-ın hipersəs uğursuzluğu: xərclənmiş böyük məbləğdə pullara rəğmən raket işə düşmür
Qeyd olunur ki, indiyə qədər Pxenyanın sərəncamında bu cür silah olmayıb.
Xəbər verildiyi kimi, Şimali Koreya çərşənbə axşamı, səhər Yapon dənizi istiqamətində yaxın mənzilli raket buraxıb. Raket Yaponiyanın müstəsna iqtisadi zonası hüdudlarından kənara düşüb.
Qeyd edək ki, hazırkı sınaq cari ildə KXDR-in həyata keçirdiyi yeddinci silah sınağıdır.
Sentyabrın 13-də Şimali Koreya yeni tip uzaq mənzilli qanadlı raketin uğurla sınaqdan çıxarıldığını elan etmişdi.