VİDEO

Birlik və vətənpərvərlik ruhu: Azərbaycan xalqı Vətən müharibəsini necə yaşadı

Vətən müharibəsinin ildönümü hər kəsi o çətin günlərə qaytardı. Şahidlər Sputnik Azərbaycan-a keçdikləri keşməkeşli yolların təfərrüatlarını danışıblar. Ətraflı videomuzda.
Sputnik
Bir il əvvəl başlayan Vətən müharibəsinin nəticəsində Azərbaycan öz ata-baba torpaqlarını azad edərək tarixi ədaləti bərpa etdi.
O günlərdə Azərbaycan xalqı sözlə ifadə olunmayacaq bir həyəcanla, daha bir möhtəşəm qələbə xəbəri ümidi ilə Prezidentin, Ali Baş Komandanın müraciətlərini gözləyirdi.
Həmin ərəfələr Azərbaycan xalqının birliyinin bariz təcəssümü idi.
Həmin 44 gün ərzində azərbaycanlıların əyilməz vətənpərvərlik ruhu Qələbəni gətirdi. Azərbaycanlılar Vətənin ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun və istənilən şəkildə bərpa etməyə hazır olduqlarını bütün dünyaya sübut etdilər.