BAKI, 29 sentyabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla Soçidə baş tutan görüşün nəticələrini yüksək qiymətləndirib. Bu barədə RİA Novosti məlumat yayıb.
"Səfərinizə görə təşəkkür edirəm. Çox faydalı və məzmunlu oldu. Bundan sonra da əlaqədə olacağıq", — deyə Putin yüksək qonağı yola salarkən bildirib.
Öz növbəsində Türkiyə prezidenti də görüşü müsbət qiymətləndirib:
"Həmkarım Putinlə məhsuldar danışıqlar apardıqdan sonra Soçini tərk etdik", - deyə Ərdoğan öz Telegram. səhifəsində bildirib.
"Həmkarım Putinlə məhsuldar danışıqlar apardıqdan sonra Soçini tərk etdik", - deyə Ərdoğan öz Telegram. səhifəsində bildirib.
Qeyd edək ki, İki ölkə liderinin görüşü çərşənbə günü Soçidə baş tutub. Tərəflər ikitərəfli münasibətləri, eləcə də regional problemləri - Suriyada, Liviyada, Əfqanıstanda və Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.
Putin üçün bugünkü görüş onun karantinlə bağlı özünü təcrid etdikdən sonra ilk əyani görüşü olub.