İQTİSADİYYAT

Kəlbəcərdə hərbçilər üçün çörəkbişirmə sexinin açılışı olub

Açılış mərasimində müdafiə nazirinin müavinləri - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları Komandanı general-mayor Ənvər Əfəndiyev iştirak ediblər.
Sputnik
BAKI, 29 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, azad edilən ərazilərdə hərbi şəhərciklərin və digər hərbi struktur obyektlərinin kompleks şəkildə inşa edilərək hərbi qulluqçuların istifadəsinə verilməsi istiqamətində aparılan işlər davam etdirilir.
İşğaldan azad edilən ərazilərdə tikinti-quruculuq işləri davam etdirilir
Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hərbi qulluqçuların qida təminatının daha da yaxşılaşdırılması məqsədilə Kəlbəcər şəhərində çörəkbişirmə sexinin açılışı olub.
Açılış mərasimində müdafiə nazirinin müavinləri - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları Komandanı general-mayor Ənvər Əfəndiyev iştirak ediblər.
İşğaldan azad edilən ərazilərdə tikinti-quruculuq işləri davam etdirilir
Məruzə olunub ki, Kəlbəcər rayonunda xidmət edən hərbi qulluqçuların isti çörəklə vaxtında təmin edilməsi məqsədilə inşa edilən sex müasir avadanlıq və inventarlarla təchiz olunub. Çörək sexinə zəruri kommunikasiya xətləri çəkilib, fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generator quraşdırılıb.
İşğaldan azad edilən ərazilərdə tikinti-quruculuq işləri davam etdirilir
Sexdə yaradılan şəraitlə tanışlıqdan sonra şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı Müdafiə nazirinin tapşırıqları komandanlığa çatdırılıb.
https://mod.gov.az/az/news/isgaldan-azad-edilen-erazilerde-tikinti-quruculuq-isleri-davam-etdirilir-37826.html