Gürcüstan Baş nazirinin və nümayəndə heyətinin Azərbaycana səfəri son dərəcə uğurlu keçib.
APA-nın xəbərinə görə, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani səfərin yekunlarını dəyərləndirərkən bildirib.
Onun sözlərinə görə, son 10 ildə ilk dəfə keçirilən hökumətlərarası iqtisadi komissiyanın iclasında sektorial əməkdaşlığa dair 6 sənəd imzalanıb.
Nazir qeyd edib ki, imzalanan sənədlər regionda uzunmüddətli sülh və sabitliyə, vacib layihələrin həyata keçirilməsinə töhfə verəcək.