BAKI, 29 sentyabr - Sputnik. Almaniyada döşək istehsal edən şirkət Kansler Angela Merkelə "16 il ağır işdən sonra bir az dincəlməyi" təklif edir.
Şirkətin reklam bannerlərindən birində Merkelin məşhur jesti - qarnının ön hissəsində romb formasında birləşdirdiyi barmaqlarının, döşəyin şəkli və yazı yerləşdirilib: "Salam, anacan! 16 illik ağır zəhmətdən sonra indi bir az istirahətə ehtiyacın var".
Reklamı Berlinin mərkəzində yerləşən metro stansiyasının keçidində quraşdırıblar.
Qeyd edək ki, oxşar fənddən işədüzəltmə firması da istifadə edib, onun reklamında gülümsəyən frau Merkel, "16 illik ağır zəhmətə görə təşəkkür", 26 sentyabr - seçki gününü unutmamaq xahişi və "millətin anası" sözlərindən istifadə olunub.
Sentyabrın 26-da Almaniyada AFR Bundestaqına seçki keçirilib. Onun nəticələri əsasında yeni hökumət formalaşdırılaraq yeni kansler müəyyən ediləcək. Merkel seçkidən sonra siyasətdən gedəcəyini elan edib.