BAKI, 29 sentyabr — Sputnik. Çərşənbə günü, səhər saatlarında dünyada COVID-19 koronavirus infeksiyasına yoluxma halları üzrə qeydiyyatdan keçirilənlərin sayı 232,764,834 nəfər təşkil edib. Bu barədə ABŞ-in Cons Hopkins Universitetinin məlumatında bildirilib.
Virusun yayılmasından bəri, 4,765,120 nəfər COVID-19 infeksiyası nəticəsində həyatını itirib.
20 milyondan çox vətəndaşının COVID-19 infeksiyasına yoluxduğu ölkələr arasında ABŞ, Hindistan və Braziliya da var.
ABŞ yoluxma və ölüm sayına görə lider olaraq qalır. Burada COVID-19 infeksiyasına yoluxanların sayı 43,227,604, epidemiyanın başlanmasından bu yana ölənlərin sayı isə 692,969-a çatıb.
Təsdiqlənmiş COVID-19-a yoluxma sayı 33,697,581-ə çatdığına görə, Hindistan yoluxma sayına görə ikinci yerdədir. Ölkədə virusa yoluxmanın nəticələrindən ölənlərin sayı isə 447,373 nəfər təşkil edib.
Koronavirusun yayılmasına görə dünyada üçüncü yerdə Braziliya qərarlaşıb. Burada da pandemiya dövründə 21,381,790 nəfər qeydə alınıb. Bu ölkədə 595,446 xəstə vəfat edib.
Pandemiya zamanı dünyada koronavirusa qarşı peyvəndin 6,150,159,144 dozası paylanılıb.
Dünyanın ən əhəmiyyətli hadisələrinin statistikası üzrə ixtisaslaşan "Worldometers" portalının məlumatına görə, ABŞ-da 1 milyon əhaliyə 2,133, Hindistanda - 321, Braziliyada - 2777 nəfər vəfat edib.