İQTİSADİYYAT

Avropada qazın qiyməti yenidən rekord vurub

Son həftələr Avropada qazın qiyməti kəskin artmağa başlayıb. Qazın qiyməti ötən sutka ilə müqayisədə 8 faiz artıb.
Sputnik
BAKI, 29 sentyabr — Sputnik. Avropa birjalarında təbii qazın qiymətləri min kubmetr üçün min dollardan yuxarı həddə satılır. Sputnik Azərbaycan xəbər verir ki, təbii qazın min kubmetrinin qiyməti 1040 dollara çatıb.
Beləliklə, qazın qiyməti ötən sutka ilə müqayisədə 8 faiz artıb.
Qeyd edək ki, son həftələr Avropada qazın qiyməti kəskin artmağa başlayıb. Ötən gün təbii qaz birjalarda rekord vuraraq 1031 dollara çatmış, daha sonra 950 dollaradək azalmışdı.
Xatırladaq ki, avqustun sonunda təbii qazın min kubmetri 590 dollar idi.