RUSİYA

Rusiya Mərkəzi Asiyadakı hərbi bazaları Əfqanıstana verir?

"Wall Street Journal" nəşri məlumat yaymışdı ki, Mark Milli Valeri Gerasimovla görüş zamanı ABŞ hərbçilərinin Mərkəzi Asiyada Rusiya bazalarından istifadə məsələsinin mümkünlüyünü müzakirə edib.
Sputnik
BAKI, 28 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Əfqanıstandan çıxandan sonra ABŞ-ın Mərkəzi Asiyada Rusiya hərbi bazalarını istifadə etmək istəyi barədə yayılan məlumatları şərh etməkdən imtina edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.
ABŞ Əfqanıstandan çıxardığı əsgərləri harada yerləşdirəcək?
"Mən sizin sualınızı cavabsız qoyacağam", - deyə Peskov jurnalistin suallarını cavablandırarkən bildirib.
Qeyd edək ki, daha əvvəl "Wall Street Journal" nəşri məlumat yaymışdı ki, ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Mark Milli Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüş zamanı ABŞ hərbçilərinin Mərkəzi Asiyada Rusiya bazalarından istifadə məsələsinin mümkünlüyünü müzakirə edib. Nəşr yazıb ki, Gerasimov Milliyə bu məsələ ilə bağlı bir söz verməyib.