Hava şəraiti minaya düşən şəxslərin meyitlərini ərazidən çıxarmağa imkan vermir - DİN

Bu ilin iyul ayının 30-da Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri - 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmov itkin düşüb. Həmin şəxslərin meyitləri Göygöl-Kəlbəcər rayonları arasında yerləşən minalanmış ərazidə tapılıb.
Sputnik
BAKI, 28 sentyabr — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Göygöl-Kəlbəcər rayonları arasında yerləşən minalanmış ərazidən götürülməsinin yubanması ilə bağlı məsələyə aydınlıq gətirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hava şəraiti səbəbindən minaya düşən şəxslərin meyitləri ərazidən çıxarıla bilmir.
HADİSƏ
Daşkəsəndə itkin düşən şəxslər minaya düşüb, meyitləri tapılıb
Qeyd edək ki, bu ilin iyul ayının 30-da Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri - 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmov itkin düşüb. Sentyabrın 24-də həmin şəxslərin meyitləri Göygöl-Kəlbəcər rayonları arasında yerləşən minalanmış ərazidə tapılıb.