CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiya FTX 18 regionda əməliyyat keçirib

Silah ustaları mülki silahların döyüş xüsusiyyətlərini bərpa edərək satıblar. Faktla bağlı cinayət işləri başlayıb, araşdırmalar davam edir.
Sputnik
BAKI, 28 sentyabr — Sputnik. Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları bu ölkənin 18 regionunda xüsusi əməliyyat keçirib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, əməliyyatlar nəticəsində 29 gizli silah emalatxanası aşkarlanıb.
FTX-nın yaydığı məlumata görə, əməliyyatlar nəticəsində 48 nəfər saxlanılıb. Onlardan avtomatlar, tapança-pulemyot, revolverlər və karabinlər olmaqla 140-dan çox odlu silah müsadirə olunub.
İstintaqın məlumatına görə, silah ustaları mülki silahların döyüş xüsusiyyətlərini bərpa edərək satıblar.
Faktla bağlı cinayət işləri başlayıb, araşdırmalar davam edir.