BAKI, 28 sentyabr — Sputnik. Paytaxtda səhər saatlarından başlayaraq yağan güclü yağış yollarda bir sıra problemlərə yol açıb. Sputnik Azərbaycan xəbər verir ki, güclü yağış bəzi yollarda avtomobillərin və piyadaların hərəkətini çətinləşdirib. Paytaxtın Nizami rayon Mehdi Abbasov küçəsi ərazisində yaranan gölməçə ucbatından yol iflic vəziyyətinə düşüb.
Qeyd edək ki, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi endirilib. Məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Bakı Nəqliyyat Agentliyi hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmağı tövsiyə edir. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edir.