PAYTAXT XƏBƏRLƏRİ

Bakıda əsas magistral avtomobil yollarında sürət həddi endirilib

Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edir.
Sputnik
BAKI, 28 sentyabr — Sputnik. Bakıda əsas magistral avtomobil yollarında sürət həddi endirilib.
Sputnik Azərbaycan xəbər verir ki, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi endirilib. Məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Bakı Nəqliyyat Agentliyi hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyyatlı olmağı tövsiyə edir. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edir.
Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.