Sentyabrın 27-si Anım Günü ilə əlaqədar Bakıda bir sıra tədbirlər keçirilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, İkinci Fəxri Xiyabana toplaşan ictimaiyyət nümayəndələri, şəhid ailələri, hərbçilər və rəsmilər şəhidlərin xatirəsini yad ediblər. Məscidlərdə mərasimlər keçirilib, Quran ayələri oxunub.
Paytaxtın mərkəzində hərbçilərin yürüşü keçirilib.
Azadlıq meydanından start götürən yürüşdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər.
Yürüş iştirakçıları əllərində Vətən müharibəsində qəhrəmancasına şəhid olanların şəkilləri əks olunan plakatlar daşıyıblar.
Qeyd edək ki, Ali Baş Komandanın əlində tutduğu plakatda şəhid Adil Asəm oğlu İbrahimlinin portreti əks olunub. Bu həmin şəhiddir ki, həyat yoldaşı Nargül həm onun, həm şəhid qardaşı Elton Qəmbərlinin cənazələrini çiynində daşımışdı.
Bakıda Vətən müharibəsində həlak olan şəhidlərimizin əziz xatirəsinin necə yad edildiyini Sputnik Azərbaycan-ın fotolentində izləyin.