CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah Azərbaycanda əsasən yağmurlu hava gözlənilir

Tibbi-meteoroloji proqnoza görə, sabah Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Sputnik
BAKI, 27 sentyabr - Sputnik. Azərbaycan ərazisində sentyabrın 28-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb. 
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 20-22° isti,
Bakıda gecə 15-17° isti, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi  761 mm  civə  sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət  60-70 % olacaq. 
Tibbi-meteoroloji proqnoza görə, sabah Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında: Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13° isti olacaq.