“Ermənistan sülh prosesini bərpa etməyə hazırdır”. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sputnik Azərbaycan Ermənistan tərəfindən verilmiş bu açıqlama ilə bağlı politoloq Tofiq Abbasovun fikirlərini öyrənib.
Politoloq bildirib ki, Ermənistan tərəfi danışmaq, dil məharətini göstərmək baxımından pərgardır: “Onların faciəsi onsan ibarətdir ki, ancaq danışmağı bacarırlar. Real işə gəldikdə isə nə bir iş görürlər, nə də belə bir niyətə sahibdirlər. Onlar o qədər devalvasiyaya uğrayıblar ki, artıq bizim üçün hə hansı təəssürat doğurmur. Proseslərin ucunda olan tərəflər də anlayır ki, Ermənistan inteqrasiyasızlıq böhranını yaşayan tərəfdir. Onların nə siyasi, nə hərbi rəhbərliyi düşünülmüş hazırlığa malikdir. Ona görə də onlar sözlərini əməlləri ilə təsdiq edə bilmirlər. Azərbaycan necə öz torpaqlarında işğal siyasəti apara bilər?! Bu cəfəng iddiadır. Bütün yalan ittihamların, mifik vədlərin vaxtı ötüb”.
Tofiq Abbasovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz