SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

BMT baş katibi İlham Əliyevin təşəbbüslərini yüksək qiymətləndirib

BMT baş katibi Antoniu Quterreş Azərbaycana Qoşulmama Hərəkətina sədr kimi diplomatik işinə görə təşəkkür edib.
Sputnik
BAKI, 26 sentyabr - Sputnik. BMT baş katibi Antoniu Quterreş Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə A.Quttereşin ofisi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Antoniu Quterreş və Ceyhun Bayramov Qafqazda sülh səylərini və Bakı ilə Yerevan arasında dialoqu müzakirə ediblər.
“Baş katib BMT-nin Ermənistanla Azərbaycan arasında ikitərəfli dialoqa və sülhməramlı səylərə dəstəyini vurğulayıb və beynəlxalq təşkilatın münaqişədən zərər çəkən insanlar da daxil olmaqla, əlavə yardım göstərməyə hazır olduğunu bir daha vurğulayıb”, - xəbərdə deyilir.
Quterrişin ofisi həmçinin əlavə edib ki, BMT rəhbəri Azərbaycana Qoşulmama Hərəkətina sədr kimi diplomatik işinə görə təşəkkür edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi də bu görüş barədə məlumat yayıb. 
Məlumatda bildirilir ki, tərəflər görüş zamanı Azərbaycanla BMT arasında əməkdaşlıq, gələcək fəaliyyət istiqamətləri və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Ceyhun Bayramov Antonio Quterreşi BMT-nin baş katibi seçilməsi münasibətilə təbrik edib. Daha sonra tərəflər regiondakı son vəziyyəti müzakirə ediblər.
Ceyhun Bayramov BMT baş katibinə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin beynəlxalq hüquq prinsiplərinə ciddi riayət edilməsi əsasında normallaşdırılması imkanlarının yarandığı, habelə işğaldan azad edilmiş ərazilərdəki vəziyyət, Ermənistanın törətdiyi geniş miqyaslı dağıntılar, mina təhlükəsi barədə məlumat verib.
Nazir həmçinin Ermənistanın hələ birinci Qarabağ müharibəsi zamanı itkin düşən 4 000-ə yaxın azərbaycanlı barədə bu günədək hər hansı məlumat verməkdən imtina etdiyini qeyd etdi və bunun qəbuledilməz olduğunu vurğuladı.
Baş katib Bakıya səfərlərini və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayaraq, salam və xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.
Antonio Quterreş Azərbaycanın dövlət başçısının QH sədri qismində irəli sürdüyü COVİD-19 pandemiyası qarşı qlobal əhəmiyyətli təşəbbüslərin yüksək qiymətləndirdiyini qeyd edib. Baş katib həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası sayəsində Azərbaycanda milli səviyyədə görülən işləri təqdir edərək, BMT-nin bu istiqamətdə Azərbaycan ilə əməkdaşlığın daha da dərinləşdirilməsində marağını ifadə edib.
Baş katib o cümlədən Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə həyata keçirilən COVİD-19 pandemiyası ilə mübarizəyə həsr olunan Baş Assambleyanın xüsusi sessiyasının əhəmiyyətini vurğuladı.
O, Ermənistan Azərbaycan münaqişəsinin humanitar fəsadlarının aradan qaldırılması və regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb.
Həmçinini oxuyun: 
* Azərbaycan və Ermənistan arasında əməkdaşlıq BMT-də müzakirə edildi
* Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşüb
* Prezident: “Ermənistan döyüş meydanında məğlub edildi və Azərbaycan işğala son qoydu”