# Çağırışçıların hərbi hissələr üzrə bölgüsü aparılır# ЧПУ:caqirishcilarin-herbi-hisseler-uzre-bolqusu-aparilir Тайтл Çağırışçıların hərbi hissələr üzrə bölgüsü aparılır Подводка:
BAKI, 25 sentyabr — Sputnik. Müdafiə nazirinin müvafiq əmrinə əsasən yaradılan nazirliyin baş idarə və idarə rəisləri, həmçinin Azərbaycan Ordusunun Baş Qərargahının məsul vəzifəli zabitlərindən ibarət komissiyanın sentyabrın 24-də toplantısı keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Toplantıda Azərbaycan Ordusunun hərbi hissələrinin komplektləşdirilməsi məqsədilə hərbi xidmətə yeni gələn çağırışçıların bölgüsü məsələsi müzakirə edilib. Ali Baş Komandanın müvafiq sərəncamına əsasən "2021-ci ilin oktyabr ayında hərbi hissələrə gənc heyətin göndərilməsi planı"na uyğun olaraq çağırışçıların bölgüsü elektron qaydada xüsusi kompüter proqramı vasitəsilə həyata keçirilib.
Çağırışçıların hərbi hissələr üzrə bölüşdürülməsi əks-ərazi prinsipi nəzərə alınmaqla tam şəffaf şəkildə icra edilib.
Qeyd edək ki, komissiyanın işinə Dövlət Təhlükəsizliyi Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri də cəlb olunub.