İQTİSADİYYAT

Ruslan Mirsayapov: “Azərbaycan şirkətləri bizə tez -tez müraciət edir”

Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov deyib ki, dövlətlərimiz arasında iqtisadi əməkdaşlığın prioritet sahələrinə dair altı yol xəritəsi imzalanıb
Sputnik
“Azərbaycan və Rusiya strateji tərəfdaşdır. Gələn il diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd ediləcək”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov deyib.
O bildirib ki, ölkələrimizin prezidentləri iqtisadi sahə də daxil olmaqla ikitərəfli dialoqun inkişafına böyük əhəmiyyət verirlər: “Dövlətlərimiz arasında iqtisadi əməkdaşlığın prioritet sahələrinə dair altı yol xəritəsi imzalanıb. Rusiya Ticarət Nümayəndəliyi dövlət strukturudur. Onun vəzifəsi xarici ölkələrə Rusiya ixracını təşviq etmək üçün resurslarımızdan doğru istifadə etməkdir. Rusiyada tərəfdaş axtaran Azərbaycan şirkətləri həm məhsulların alınması, həm də çatdırılması üçün bizə tez -tez müraciət edir”.
Qeyd edək ki, cari ilin birinci yarısı Rusiya və Azərbaycan biznes nümayəndələri arasında sıx əlaqələrlə xarakterizə olunub. Rusiya Azərbaycandan qeyri-neft məhsullarını idxal edən ölkələr arasında birinci yeri tutub.
Ruslan Mirsayapovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz